İngiltərə millisinin keçmiş kapitanı, hazırda iş adamı və MLS təmsilçisi "İnter Mayami"nin həmtəsisçisi olan Devid Bekhem və həyat yoldaşı Viktoriyanın sərvəti bir milyard funt sterlinqə çatıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sunday Times Rich List" məlumat yayıb.

 

Cütlük Britaniyanın ən varlı idman fiqurları arasında ikinci yerdədir.

 

Futbolçu karyerasını bitirdikdən sonra Bekhem böyük bir biznes imperiyası qurub. Onun sərvəti sponsorluq müqavilələri və "İnter Mayami"dəki payı sayəsində artıb.

 

Böyük Britaniyadakı ən varlı 10 idman adamı: 

1. Berni Ekklstoun (keçmiş Formula 1 rəhbəri) — 2 milyard funt sterlinq
2. Devid və Viktoriya Bekhem (futbol) — 1,185 milyard funt sterlinq
3. Barri və Eddi Hern (promouterlər) — 1,035 milyard funt sterlinq
4. Ben Fransis (Gymshark-ın həmtəsisçisi) — 800 milyon funt sterlinq
5. Lyuis Hamilton (Formula 1) — 435 milyon funt sterlinq
6. Tom və Fil Bihon (Castore-un təsisçiləri) — 350 milyon funt sterlinq
7. Rori Makilroy (qolf) — 325 milyon funt sterlinq
8. Entoni Coşua (boks) — 240 milyon funt sterlinq
9. Tayson Fyuri (boks) — 162 milyon funt sterlinq
10-11. Harri Keyn (futbol) — 110 milyon funt sterlinq
10-11 Endi Murrey (tennis) — 110 milyon funt sterlinq