"Zirə" braziliyalı futbolçu Ruan Renato ilə yollarını ayıra bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi başqa klublardan sərfəli təklif aldığı üçün vidalaşmaq istəyir.
"Qartallar" isə onu buraxmaq niyyətində deyil. Hətta oyunçu ilə yeni müqavilə imzalamaqda da maraqlıdır.
Lakin hələlik tərəflər arasında razılaşma əldə olunmayıb. Renatonun ölkə xaricindən və Azərbaycandan daha yaxşı təkliflər aldığı bildirilir.
Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2027-ci ildə başa çatmalıdır.