İtalyanın "İnter" klubunun sağ cinah müdafiəçisi Denzel Dumfirisin komandada qalıb-qalmayacağı sual altındadır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, niderlandlı müdafiəçinin müqaviləsindəki 25 milyon avroluq sərbəst qalma maddəsi bu ay aktivləşsə də, hələlik "nerazzurri" 30 yaşlı futbolçuya yeni müqavilə üçün təklif göndərməyib.
Qeyd edək ki, bu mövsüm kifayət qədər zədələrdən əziyyət çəkən Denzel Dumfris "İnter"in heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.