17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyevin yeni köməkçilərindən biri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, o, qapıçılar üzrə məşqçi Fuad Əsədovu yanına çağırıb.
F.Əsədov Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədovun oğludur.
Qeyd edək ki, U-17 millisində baş məşqçi Aqil Nəbiyevlə müqavilə iyulun 1-dək uzadılsa da, köməkçi-məşqçi Emin İmaməliyev və qapıçılarla iş üzrə məşqçi Elşən Poladovla yollar ayrılıb.