Mayın 18-də keçiriləcək "Neftçi" İK – "Araz-Naxçıvan" oyunu ilə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq. Sport24.az xəbər verir ki, məhz bu görüşdə çempionun adına aydınlıq gələcək.
Bəs bu dəfə çempionluq kubokunu hansı komanda başı üzərinə qaldıracaq? "Neftçi" İK ilk sevincini, yoxsa "Araz-Naxçıvan" sayca 20-ci çempionluğunu qeyd edəcək?
1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, "Araz-Naxçıvan" 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb.
Söhbət "Avtomobilçi" və "Turan AİR"dən gedir. "Azərneftyanacaq" 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə "Nicat" olub. "Azadə" və "Tribut" da hərəyə bir dəfə çempion olublar. "Araz-Naxçıvan" ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı "Khazar Islands" qırıb.