Zinəddin Zidan Fransa Futbol Federasiyası (FFF) ilə dörd illik müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, sözləşmə Fransada ildə 450.000 avro maaş həddi müəyyən edən yeni idman qanununun qüvvəyə minməsindən əvvəl imzalanıb.

 

Bu səbəbdən FFF Zidanın məvacibinə görə, hökumətdən xüsusi icazə istəməli olmayacaq. Onun müqaviləsində əks olunan şərtlər və maaşı tamamilə məxfi qalacaq.

 

Fransa millisinin yeni baş məşqçisinin rəsmi təqdimat mərasiminin iyulun 28-də baş tutacağı gözlənilir.

 

Qeyd edək ki, Zidan bu postda 14 il yığmaya rəhbərlik edən Didye Deşamı əvəzləyəcək.