Ukrayna Futbol Assosiasiyasının (UAF) keçmiş prezidenti Andrey Pavelko Slovakiyanın paytaxtı Bratislavada həbs edilib. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat verib.

 

Kravçenko Pavelkonun tezliklə Ukraynaya ekstradisiya ediləcəyini açıqlayıb.

 

"Pavelko illərdir Ukrayna ədalət mühakiməsindən yayınırdı. Lakin beynəlxalq axtarış və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq nəticə verib. O, mütxəlif kommersiya qurumlarından istifadə etməklə federasiya məxsus təxminən 295 milyon qrivnanı mənimsəməkdə ittiham olunur", - deyə Baş prokuror şəxsi Telegram kanalında yazıb.

 

Qeyd edək ki, Andrey Pavelko 2024-cü ilin dekabrında Ukraynanı tərk edib. Bir il sonra isə UAF-ın keçmiş rəhbəri beynəlxalq axtarışa verilib.