​Çilinin "Kolo Kolo" klubu Kabe-Verde milisinin qapıçısı Vozinyanı heyətinə cəlb edib. Sport24.az xəbəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

Tərəflər arasında tam razılıq əldə olunub. Təcrübəli qolkiper gələn həftənin əvvəlində Çiliyə yollanacaq. Müqavilənin bütün şərtləri razılaşdırılıb, sənədlərin isə həftəsonu imzalanacağı gözlənilir.

Bundan sonra "Kolo Kolo"nun Vozinyanı rəsmi olaraq yeni transferi kimi təqdim edəcəyi bildirilir.