İtaliyanın "Roma" klubu "Fulhem"in vingeri Oskar Bobbu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Retsport via Football Italia" məlumat yayıb

Paytaxt təmsilçisi hücum xəttini gücləndirmək üçün alternativ variantlara yönəlib. Daha əvvəl Meyson Qrinvud, Krisensio Summervill və Alexandro Qarnaço transferlərində uğur qazana bilməyən "canavarlar"ın əsas hədəfi Antonio Nusa olsa da, "RB Leyptsiq"in yüksək transfer tələbi bu keçidi çətinləşdirib.

Bu səbəbdən "Roma" diqqətini Norveç millisinin digər üzvü Oskar Bobba yönəldib. Həm sağ, həm sol cinahda, həm də "10 nömrə" mövqeyində çıxış edə bilən solaxay futbolçu bu ilin yanvarında "Mançester Siti"dən 31,2 milyon avro qarşılığında "Fulhem"ə transfer olunub. Müqaviləyə əsasən, İngiltərə çempionu futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu "Fulhem"də keçirdiyi 16 oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Buna baxmayaraq, "Roma" onun transferi ilə bağlı London təmsilçisi ilə ilkin təmaslara başlayıb.