Bu həftə avrokuboklarda ən çox azarkeşin izlədiyi oyunlar açıqlanıb. Sport24.az-ın məlumatına görə, siyahının "5-lik"ində Azərbaycan təmsilçisinin də matçı yer alıb.

Belə ki, "Qarabağ"ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etdiyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşması həftənin ən çox tamaşaçı toplayan beşinci oyunu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü 23 min 813 azarkeş tribunadan izləyib.

Siyahıda ilk pillədə isə UEFA Çempionlar Liqasının "Fənərbağça" (Türkiyə) – "Qurnik" (Polşa) qarşılaşması qərarlaşıb. İstanbulda baş tutan matçı 38 min 604 azarkeş canlı izləyib.