"Real" Yann Diomandenin transferi üçün "RB Leypsiq"ə 100 milyon avro ödəməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Madrid klubu "Bavariya"nın vingeri Maykl Oliseni bu yay "rənglərinə bağlaya" bilməsə Diomandenin keçidini nəzərdən keçirəcək.
Mətbuatda yayılan xəbərlərə görə, "RB Leypsiq"in futbolçusu "Liverpul", "Arsenal" və "Mançester Siti" və PSJ də maraq dairəsindədi.
Qeyd edək ki, 19 yaşlı Yann Diomande ötən mövsüm Almaniya klubunun heyətində 36 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.