"Mançester Siti" "Çelsi"nin hücumçusu Pedro Netonu transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Siti" "Tottenhem"ə keçməyi düşündüyü bildirilən Savinyo üçün əvəzedici axtarır. "Şəhərlilər" həmçinin PSJ-dən İbrahima Mbaye və "RB Leypsiq"dən Yann Diomandenin də keçidini nəzərdən keçirir.

 

Qeyd edək ki, "Mançester Siti" Pedro Neto ilə "Çelsi"yə keçməzdən əvvəl də maraqlanırdı.