Misli Premyer Liqasının XXXII turunun "Karvan-Yevlax" – "Qəbələ" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Yaxşı oynadıq, ilk hissədə sonluq çatmadı. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin tez reaksiya verdik və iki qol vurduq. Oyunun nəticəsinin turnir cədvəli baxımından əhəmiyyəti yox idi. Amma meydanda pozitiv məqamlar var idi.
– Hansı pozitiv məqamlar?
– Yaxşı oyun, futbolçuların mübarizəsi, vurulan qollar… bunlar müsbət şeylərdir.
– Pley-offda rəqibimiz böyük ehtimalla "Səbail" olacaq…
– Bütün komandalara hörmətlə yanaşırıq. Potensial rəqiblərimizə baxırıq. Futbolçular ilk növbədə növbəti oyunu düşünürlər.