Misli Premyer Liqasının XXXII turunun "Araz-Naxçıvan" – "Kəpəz" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Qələbə münasibətilə koomandamı təbrik edirəm. Layiqli üç xal oldu. Bu gün müasir futbol oynadıq. Məşqlərdə də bu oyunun üzərində çalışırdıq və meydanda istədiklərimizi gördük. Rəqibə çətinliklər yaratmağı bacardıq. Dominant tərəf idik və "Kəpəz"i səhvlərə məcbur etdik. Bu, müasir futbolun tələbidir. Layiqli qələbə qazandıq.
– Turnir cədvəli baxımından motivasiya qalmayıb. Futbolçuları oyuna necə kökləyirsiniz?
– Avrokuboklardan kənar qalmışıq. Futbolçulardan tələblərimizi bu gün gördük. Aydın məsələdir ki, ardıcıl məğlubiyyətlərə görə turnir cədvəlində gerilədik. Həmişə futbolçulara deyirəm ki, hər oyun bir şansdır. Qarşıda bir matçımız qalıb. Əlavə motivasiyaya ehtiyac yoxdur, onlar da başa düşür ki, hər matç bir fürsətdir. Düşünürəm ki, oyunçular istəklərimizi anladılar və özlərini göstərə bildilər. Futbol mübarizə oyunudur. Hər oyunçu son ana qədər döyüşməlidir.
– Özünüzü necə motivasiya edirsiniz? Klubdakı taleyiniz də qeyri-müəyyəndir.
– Yaxşı mövsüm keçirə bilmədim. Komanda bir gəmidir və burda kollektiv var. Rəhbərlik nə qərar verəcəksə, o da olacaq.