Misli Premyer Liqasının XXXII turunun "Araz-Naxçıvan" – "Kəpəz" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Mövsümün son notlarıdır və artıq qarşımıza qoyulan məqsədə çatdığımız üçün görüşdə rotasiyalar etdik.
– Qarşıda "Neftçi" ilə oyun var. Rəqib üçün həlledici matçdır. Futbolçuları necə motivasiya edəcəksiniz?
– Hər oyuna motivasiyamız var. Bu gün az şans qazananları meydana buraxdıq. Düşünürəm ki, "Neftçi"yə qarşı oynamaq həmişə əlavə motivasiyadır.
– Gənclərə şans verməyi düşünürsünüz?
– Zaman göstərəcək. Azakeşlərimiz üçün yaxşı oyun sərgiləmək istəyirik.
– İki rəhbərliklə işləmisiniz. Kluba hansı yeniliklər gəlib?
– Bu il şərait daha yaxşıdır. Hər birinə böyük hörmətim var. İnşallah, hər şeyi zaman göstərəcək. İldən-ilə struktur, inkişaf daha yaxşı olmalıdır ki, nəticələr gəlsin.