Bu gün Misli Premyer Liqasının 32-ci turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma eyni vaxtda, saat 17:00-da start götürəcək.

 

"Qarabağ" paytaxtsa "İmişli"ni qonaq edir. Qonaqlar üçün bu görüş formal xarakter daşıyır. "Pələnglər"in elitada qalacağı bir neçə tur öncədən bəlli idi. Ağdam təmsilçisi isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Hazırda aktivində 63 xal olan və ən yaxın izləyicisi "Turan Tovuz"u 4 xal qabaqlayan Qurban Qurbanovun yetirmələri bu oyundan qələbə ilə ayrılacağı halda istəyinə çatacaq və "gümüş"ü rəsmiləşdirəcək.

 

Qeyd edək ki, turun digər qarşılamaları sabah keçiriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXXII tur

17:00. "Qarabağ" - "İmişli"

Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.