"Kristal Pelas" mövsümün sonunda klubdan ayrılacaq baş məşqçi Oliver Glasnerin yerinə namizədlərin siyahısını tərtib edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, seçim zamanı üstünlük "Bornmut"un ayrılacağı gözlənilən Andoni İraolaya veriləcək.dır. Ancaq klub rəhbərliyi ehtiyat variantları da nəzərdən keçirir." Çünki ispaniyalı mütəxəssisin xidmətində maraqlı olan daha böyük klublar var.
"Kristal Peles"ın namizədlər siyahısında həmçinin Pyer Saja ("Lans"), Frenk Lempard ("Koventri") və Kiran Makkennanın (İpsviç) da adı var.
qeyd edək ki, "Kristal Pelas" 36 oyundan sonra Premyer Liqada 15-ci yerdədir. Klub həmçinin Konfrans Liqasının finalına vəsiqə qazanıb və mayın 27-də "Rayo Valyekano" ilə qarşılaşacaq.