Misli Premyer Liqasının 32-ci turunun ikinci oyun günündə daha bir qarşılaşma Şamaxıda keçiriləcək. Sport24.az xəbər verir ki, "Turan Tovuz" bölgənin eyni adlı komandasının qonağıdır.

 

"Şirlər" üçün bu görüş heç bir əhəmiyyət daşımır. "Boz qurdlar"ın isə mövsümü ikinci pillədə başa vurmaq şansı var. Bunun üçün "Qarabağ" bu gün xal itirməli, Tovuz təmsilçisi isə Şamaxıdan qələbə ilə ayrılmalıdır. Bu səbəbdən tovuzlu azarkeşlərin diqqəti "şirlər"lə matça yönəlsə də, qulaqları "Tofiq Bəhrəmaov"dan gələcək xoş xəbərdə olacaq.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Sumqayıt", "Sabah" - "Neftçi" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXXII tur 

17:00. "Şamaxı" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı. Şəhər stadionu.