"Neftçi"nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib – 21:11.

 

"Neftçi" yarımfinalda ABŞ – "Ulan-Bator Amazons" (Monqolustan) duelinin qalibi ilə qarşılaşacaq.