Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ ilə matçda dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub. Sport24.az xəbər verir ki, futbolçu ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib.
Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulan 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atıb.
Qeyd edək ki, son turdan sonra 3 xal toplayan Türkiyə yığması DÇ-2026-nın D qrupunda sonuncu yeri tutub.