"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib. Sport24.az xəbər verir ki, təmsilçimiz B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb.

 

Təmsilçimiz Polşa yığmasını 22:14, Çin millisini isə 19:17 hesabı ilə məğlub edib. 

 

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.