"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində bu gün 1/4 final oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Bakı vaxtı ilə saat 12:15-də Monqolustan millisi ilə üz-üzə gələcək.
Bu matçın qalibi yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, təmsilçimiz ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.