"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə start verir. Sport24.az xəbər verir ki, təmsilçimiz B qrupunda mübarizə aparacaq.
"Ağ-qaralar" Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə üz-üzə gələcək.
Qeyd edək ki, turnir sabah yekunlaşacaq.