AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Coy-Lens Mikelsi cəzalandırıb. Sport24.az xəbər verir ki, Misli Premyer Liqasının XXXI turunda "Neftçi" ilə matçda topu rəqib baş məşqçi Yuri Verniduba vuran alman hücumçu bir oyun şərti olmaqla, iki oyunluq diskvalifikasiya edilib. Sınaq müddəti altı aydır.

 

"Sabah" eyni zamanda 3000 manat cərimə ödəyəcək.

 

"Sabah" – "Neftçi" oyunu qonaqların qələbəsiylə başa çatıb – 2:1.