"Vilyarreal" futbolçusu Alfonso Pedrasa ilə yollarını ayıracaq. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Sol cinah müdafiəçisinin müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq.

 

Pedrasa 2011-ci ildən "Vilyarreal"da çıxış edirdi. O, komanda ilə 2020/21 mövsümündə Avropa Liqasının qalibi olub.