"Qalatasaray"la ardıcıl 4-cü dəfə Türkiyə çempionluğunu qazanan Okan Buruk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az "Latsio" türkiyəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

 

Paytaxt təmsilçisi Buruku yayda "Napoli"yə keçəcəyi gözlənilən Mauritsio Sarrinin əvəzləyicisi kimi düşünür. "Latsio"dan başqa, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu da 52 yaşlı məşqçinin xidmətində maraqlıdır.

 

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin iyulunda "Qalatasaray"ın baş məşqçisi postuna təyin olunub.