II Liqada mübarizə aparan "Araz Saatlı" komandasına texniki məğlubiyyət verilib. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib:

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə "Kür-Araz" komandası 100 manat cərimə edilsin (maddə 68.1);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün "Kür-Araz" komandası 200 manat cərimə edilsin (maddə 57.2);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+2-ci dəqiqəsində "Kür-Araz" komandasının azarkeşləri meydançaya düşərək rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə "Kür-Araz" komandasının növbəti mövsümdə ilk 5 ev oyunu azarkeşsiz keçirilsin (99, 86.5);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununda təhlükəsizlik tam təmin edilmədiyinə görə "Kür-Araz" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 86.6);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandası meydanı özbaşına tərk etdiyinə görə "Araz Saatlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, "Araz Saatlı" komandası 2000 manat cərimə edilsin (maddə 77.1);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Kür-Araz" komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (maddə 45.2, 52.3);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Kür-Araz" komandasının 4 nömrəli futbolçusu Nihat Paşayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Kür-Araz" komandasının 5 nömrəli futbolçusu Nicat Quliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Kür-Araz" komandasının 20 nömrəli futbolçusu İbrahim Əliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+3-cü dəqiqəsində "Kür-Araz" komandasının 77 nömrəli futbolçusu Museyib Vəlizadə rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandasının 4 nömrəli futbolçusu Ramiz Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyun oyuna buraxılmasın, "Araz Saatlı" komandası 450 manat cərimə edilsin (maddə 45.2);

 

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandasının 3 nömrəli futbolçusu Rüstəm Rüstəmov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyun oyuna buraxılmasın, "Araz Saatlı" komandası 450 manat cərimə edilsin (maddə 45.2);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununun 90+2-ci dəqiqəsində "Araz Saatlı" komandasının təhlükəsizlik üzrə meneceri, cəzalı Xəyal Məmmədov meydançaya daxil olaraq rəqib futbolçulara qarşı fiziki güc tətbiq etdiyinə görə 8 oyun oyuna buraxılmasın, "Araz Saatlı" komandası 800 manat cərimə edilsin (maddə 99, 53.3);

 


17 may 2026-cı il tarixində II Liqada XXVII turun "Kür-Araz" – "Araz Saatlı" oyununda "Araz Saatlı" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Araz Saatlı" komandası 70 manat cərimə edilsin (maddə 43.1);