"Beşiktaş"ın prezidenti Serdar Adalı Donetsk "Şaxtyor"unun çalışdırıcısı Arda Turanı "qartallar"ın baş məşqçisi postuna dəvət edib. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "sportarena" portalı məlumat yayıb.

 

Adalı təklifə görə ona təşəkkür edən Turanla görüşüb. Lakin Turan qərar vermək üçün qarşı tərəfdən vaxt istəyib. O, həmçinin digər Avropa klublarından gələn təklifləri nəzərdən keçirməkdə maraqlı olduğunu bildirdi.

 

İstanbul klubunun prezidenti yaxın günlərdə Turanla daha bir görüş keçirmək qərarına gəlib.

 

Qeyd edək ki, Ardanın rəhbərliyi altında Ukrayna çempionu olan "mədənçilər"i Konfrans Liqasının yarımfinalına da yüksəlib.  Türk məşqçi ötən ilin mayından "Şaxtyor"un "sükanı arxasındadır".