"Sabah" basketbol klubunun yeni baş məşqçisi Lazar Spasiç açıqlama verib. Sport24.az xəbər verir ki, "bayquşlar"ın mətbuat xidmətinə danışan mütəxəssis bunları deyib:

 

"Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq mənim üçün böyük şərəfdir. Gələcəkdə yaxşı nəticələr qazanmaq üçün əlimdən gələni edəcəyəm. Məqsədim Avropada tanınan sistem qurmaqdır. Birlikdə böyük işlər görəcəyimizə inanıram".

 

"Sabah" mütəxəssislə 3 illik müqavilə imzalayıb.