Bu yay ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcə "Sabah"ın 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin adlarına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, qitənin ən mötəbər klub turnirinin ilkin mərhələsində 28 komanda mübarizə aparacaq. komandanın gərgin mübarizəsinə səhnə olacaq.

 

Azərbaycan çempionu səpələnməmiş 14 kollektivin yer aldığı səbətdə qərarlaşacaq.

 

"Bayquşlar"ın qarşılaşa biləcəyi 14 səpələnmiş komandadan 13-nün adı artıq məlumdur: 

 

"Şemrok Rovers" (İrlandiya), KUPS (Finlandiya), "Drita" (Kosovo), "Linkoln Red İmps" (Cəbəllütariq), "Borats" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat", (Qazaxıstan), "Universitatya Krayova" (Rumıniya), "Riqa" (Latviya), "Klaksvik" (Farer adaları), "Flora" (Estoniya), "Larn" (Şimali İrlandiya), "Petrokub" (Moldova).

 

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da təşkil olunacaq. Bu mərhələnin oyunları iyulun 7 və 8-i və cavab oyunları isə iyulun 14 və 15-i tarixlərində keçiriləcək.