"Everton" və "Aston Villa" "Nyukasl"ın hücumçusu Uilyam Osulanın transferində maraqlıdırlar. Sport24.az xəbər verir ki, bu barədə "Inews" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, "sağsağanlar" 22 yaşlı danimarkalı futbolçunu təxminən 70 milyon avroya başqa komandaya buraxmağa hazırdırlar. Frankfurt "Ayntraxt"ı 2025-ci ilin yayında oyunçunun transferi üçün İngiltərə təmsilçisinə 35 milyon avro təklif etsə də, rədd cavabı almışdı.
Osula hazırda İngiltərə Premyer Liqasının ən yüksək qol-dəqiqə nisbətində ən yüksək göstəriciyə malik futbolçudur. O, təxminən hər 106 dəqiqədən bir qol vurur.
qeyd edək ki, hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 34 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.