İngiltərə Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi "Çelsi" ilə vacib oyun öncəsi komandasını motivasiya etməyə çalışıb. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis rəqib azarkeşlərin təzyiqinin futbolçular üçün əlavə stimul olmalı olduğunu bildirib:
"Bu təzyiqdən zövq almalıyıq. Özümüz üçün yeni motivasiya tapmalıyıq. Əgər hər kəs bizim əleyhimizədirsə, bu, həm mənim, həm də futbolçularım üçün böyük stimuldur. Futbolu gözəl edən məhz bu cür rəqabətdir. Onların stadionunda qələbəni qeyd etdiyimizi təsəvvür etmək möhtəşəm hissdir. Çətin çağırışlar bizi daha da gücləndirir. Hazırda ən vacib məqam komandadakı ruh və xarakterdir. Qürur hissi bizim üçün ən böyük motivasiyadır".
Qeyd edək ki, "Çelsi"-"Tottenhem" oyunu bu gün Bakı vaxt ilə saat 23:15-də start götürəcək.