Braziliya millisinin hücumçusu Joau Pedro qarşıdan gələn dünya çempionatının final mərhələsi üçün yığmanın heyətinə daxil edilməməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, 24 yaşlı forvard turnirdən kənarda qaldığı üçün məyus olsa da, komandaya uğurlar arzulayıb:

"Daim əlimdən gələni etməyə çalışdım. Təəssüf ki, ölkəmi dünya çempionatında təmsil etmək arzum bu dəfə gerçəkləşmədi. Amma mən həmişə olduğu kimi sakitliyimi qoruyuram və işimə fokuslanıram".

Futbolun eniş-yoxuşlardan ibarət olduğunu vurğulayan Pedro, turnir zamanı "sambaçılar"ı tribunalardan dəstəkləyəcəyini qeyd edib:

"Sevinc və məyusluq futbolun bir parçasıdır. Heyətdə yer alan hər kəsə uğurlar arzulayıram. Mən də komandanın altıncı titulu qazanması üçün turnir boyu böyük bir fanat kimi yığmaya azarkeşlik edəcəyəm".