İtaliyanın "İnter" klubunun kapitanı Lautaro Martines gələcəyi, keçmişi və şəxsi həyatı ilə bağlı olduqca maraqlı və səmimi açıqlamalar verib. Sport24.az  xəbər verir ki, 28 yaşlı argentinalı hücumçu Milan klubuna sadiqliyini ifadə edərək, buranı tərk etmək niyyətində olmadığını vurğulayıb:

 

"İnterdən əsla ayrılmayacağam. Burada qalmaq istəyirəm. Amma futbolda heç nəyi dəqiq bilmək olmur. Məni buradan yalnız qovmalı olsalar, gedərəm. Ailəmlə birlikdə Milanda çox xoşbəxtik, hətta burada restoranımız da var. Özümü başqa yerdə təsəvvür etmək çətindir".

 

Uşaqlıq illərində ailəsinin maddi çətinliklər yaşadığını deyən Lautaro, o dövrləri belə xatırlayıb:

 

"Bəzən yemək az olurdu. Kirayə pulunu ödəyə bilmədiyimiz vaxtlar oldu və illərlə bir dostumuzun evində yaşadıq. Amma buna baxmayaraq, xoşbəxt idim. Valideynlərim çox çalışırdı. Atam futbol oynayırdı, anam isə ev işləri ilə məşğul olurdu. Onların əziyyəti məni bir insan və futbolçu kimi formalaşdırdı".

 

Sonda isə Lautaro hazırda dünyada ən bəyəndiyi mərkəz hücumçusunun adını açıqlayıb:

 

"Mənim üçün ən yaxşısı Harri Keyndir. O, oyunu çox yaxşı oxuyur və tam bir hücumçudur".