"Kəpəz" klubunda maliyyə çətinlikləri yaşanır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, futbolçular maaş ödənişləri ilə bağlı problemlə üz-üzə qalıblar.

Hətta məvaciblərin gecikməsi səbəbindən narazılığını klub rəhbərliyinə bildirən oyunçuların olduğu da deyilir.

Bununla yanaşı, Gəncə təmsilçisində vəd olunan mükafat da hələlik verilməyib.

Komanda 31-ci turda səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazanaraq elitada qalmağı rəsmiləşdirmişdi. Həmin görüşdən sonra rəhbərlik tərəfindən futbolçulara mükafat veriləcəyi bildirilsə də, indiyədək bu istiqamətdə real addım atılmayıb.