Qapıçı Altay Bayındır "Mançester Yunayted"dən ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Beşiktaş" 28 yaşlı qapıçı ilə maraqlanır, lakin transfer komandanın yeni məşqçisindən asılı olacaq. Sergen Yalçının işdən çıxarılmasından sonra post boş qalıb.
Bayındır bu mövsüm cəmi altı matçda meydana çıxıb və qapısında 11 qol görüb. Onun son oyunu ötən ilin sentyabr ayında olub.
Qeyd edək ki, "Beşiktaş" cari mövsümü 60 xalla dördüncü yerdə başa vurub. "Qara qartallar" Konfrans Liqasının seçmə mərhələsinin ikinci mərhələsinə vəsiqə qazanıb.