İngiltərənin "Çelsi" klubunda mövsümün ən yaxşı futbolçusu məlum olub. Sport24.az xəbər verir ki, bu, hücumçu Joao Pedrodur.

 

24 yaşlı futbolçu səsvermədə Enzo Fernandes və Moyzes Kaysedonu qabaqlayıb.

 

Pedro bu mövsüm 34 oyunda 15 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

Pedro Braziliya millisinin DÇ-2026 üçün heyətinə daxil edilməyib.