"Real" müdafiəçi Antonio Rüdiger ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Tərəflər arasında bir müddətdir, davam edən danışıqlar müsbət yekunlaşıb. Alman müdafiəçi ilə müddəti 2028-ci ilin yayına kimi olan müqavilə imzalanacaq.
Rüdiger 2022-ci ildən "Real"da çıxış edir. O, komandada 182 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.