Fransalı futbolçu Benjamen Pavar icarə əsasında çıxış etdiyi "Marsel"dən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
Pavar müqavilə ilə məxsus olduğu "İnter"in düşərgəsinə qayıdacaq.
"Neradzurra"nın baş məşqçisi Kristian Kivu fransalını heyətdə düşünmür. "İnter" müdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.
Pavar 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.