Leverkuzen "Bayer"i, "Latsio" və "Lill" Tiaqo Mottanı baş məşqçi postunda görmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

"Atalanta" da Motta ilə maraqlanırdı, lakin Kristiano Cuntoli idman direktoru təyin edildikdən sonra bu fikirdən imtina etdi. Tərəflərin münasibəti hələ "Yuventus"da bir yerdə işlədikləri dövrdən pis olub. b

 

Tiaqo Motta 2025-ci ilin martında "Yuventus"dan istefaya göndərilib. Bundan əvvəl 43 yaşlı məşqçi "Spezia", ​​"Kalyari" və "Bolonya"ya rəhbərlik edib.

 

Qeyd edək ki, "Bayer" Kasper Hulmanın gedişindən sonra yeni baş məşqçi axtarır. Bu arada, "Latsio" mövsümün sonunda Mauritsio Sarri ilə yollarını ayırmağa yaxındır. "Lill"in isə bu yay Bruno Genesio ilə yollarını ayırması ehtimalı yüksəkdir.