"Sumqayıt" Futbol Klubunda 2025/2026 mövsümünün son turu öncəsi klubun könüllüləri ilə görüş təşkil olunub. Sport24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında baş tutan tədbirdə oyunların təşkili zamanı göstərdikləri aktiv fəaliyyətə görə gənclərə minnətdarlıq ifadə olunub.

 

Görüşdə çıxış edən klubun mətbuat katibi Zaur Xudiyev və marketinq üzrə menecer İsgəndər İsgəndərov könüllülərin ev oyunlarının təşkilindəki rolunu yüksək qiymətləndiriblər. Klub rəsmiləri gənclərin mövsüm boyu böyük enerji ilə çalışdıqlarını vurğulayaraq, qarşıda duran son turda da eyni yüksək ab-havanın qorunacağına əminliklərini bildiriblər.
Tədbirin davamında könüllülərə xüsusi sertifikatlar, mövsüm ərzində fəallığı ilə seçilən üzvlərə isə klubun xüsusi hədiyyələri təqdim edilib.

 

Görüşün sonunda klub rəsmiləri və könüllülər birlikdə xatirə şəkli çəkdiriblər.