Braziliya millisinin və "Santos"un hücumçusu Neymar DÇ-2026 ərəfəsində sağlamlıq problemi ilə üzləşib. Sport24.az "Ge Globo"-ya istinadən xəbər verir ki, oyunçuya sağ baldır əzələsinin şişməsi diaqnozu qoyulub.
Mənbənin sözlərinə görə, zədə ciddi hesab edilmir, lakin futbolçunun müalicəyə və müvəqqəti istirahətə ehtiyacı olacaq. 34 yaşlı hücumçu hazırda "Santos"un məşq mərkəzində şəxsi tibbi qrupunun nəzarəti altındadır. Neymarın vəziyyəti Braziliya Futbol Konfederasiyasının mütəxəssisləri tərəfindən də izlənilir.
Qeyd edək ki, hücumçunun mayın 27-nə qədər tməşqlərə qayıdacağı və dünya çempionatından əvvəl milli komandaya qoşulacağı gözlənilir.