"Barselona"nın çempionluqla bağlı təşkil etdiyi şam yeməyinə Lamin Yamal yeni sevgilisi, blogger İnes Qarsiya ilə birlikdə təşrif buyurub. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tədbir çərşənbə günü İspaniyadakı bir restoranda baş tutub.
Qeyd olunub ki, hər ikisi restorana qara geyimdə gəliblər. 21 yaşlı Qarsiya dekolteli don, Yamal isə şalvar və qara dəri gödəkçə geyinib.
Şəkillər sosial mediada tez bir zamanda yayılıb, lakin futbolçunun özü hələlik yeni sevgilisi barədə şərh verməyib.