"Real"ın baş məşqçi Joze Mourinyo üçün "Benfika"ya ödəyəcəyi təzminatın məbləği müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb.

 

"Kral klubu" portuqaliyalı mütəxəssis üçün Portuqaliya klubunun hesabına 3 milyon avro köçürəcək. 

 

Qeyd edək ki, Mourinyo bu həftə rəsmi olaraq "Real"ın yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq. Onun "Los Blancos"la iki illik müqavilə bağlayacağı gözlənilir.