"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını Madrid "Atletiko"sunda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Klub artıq 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb. İspaniya nəhəngi portuqaliyalıya daha bir il uzatmaq şərti ilə 2028-ci ilə qədər müqavilə təklif edib. 

 

Bernardo Silvanın "Mançester Siti" ilə anlaşması iyunun 30-da başa çatır. O, DÇ-2026 başlamazdan əvvəl yeni klubu ilə sözləşmə imzalamaq niyyətindədir.

 

Bir müddət əvvəl "Yuventus"un portuqaliyalının xidmətində maraqlı olduğunu, ona iki illik sözləşmə təklif etdiyi bildirilirdi. 

 

Qeyd edək ki, Bernardo Silva bu mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.