Ukraynalı məşqçi Sergey Rebrov BƏƏ təmsilçisi "Əl-Vəhdə"ni çalışdırmağa yaxındır. Sport24.az Ukrayna mətbuatına itinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis təyinatı ilə bağlı danışıqların son mərhələsindədir. Müqavilənin detalları isə məlum deyil.
Ukrayna millisinin sabiq baş məşqçisi əvvəllər karyerası ərzində artıq bir dəfə "Əmirliklər"də çalışıb. O, 2021-ci ildən 2023-cü ilə qədər "Əl-Əyn"inin "sükanı arxasında" olub.
Qeyd edək ki, Rebrov ötən ay Ukrayna millisindən ayrılıb. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın seçmə mərhələsinin pley-offunun yarımfinalında İsveçə 1:3 hesabı ilə məğlub olaraq mundila yollana bilməyib.