Qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Kurs paytaxtda, Milli Komandaların Təlim-Məşq Mərkəzində gerçəkləşib.

 

Üç gün davam edən məşğələlərə təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyov rəhbərlik ediblər.