Misli Premyer Liqasının sonuncu turunda bir neçə futbolçu cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Sport24.az-ın məlumatına görə, 10 oyunçunun 33-cü turu buraxacaq.

Bunlar Asif Məmmədov ("Qəbələ"), Coy-Lens Mikels ("Sabah"), Emil Səfərov ("Neftçi"), Vadim Abdullayev, Olavale Doyeni (hər ikisi "Karvan-Yevlax"), Nuno Rodriqes ("Araz-Naxçıvan"), Roberto Olabe, Roderik Miller, Enrike Silva (hər üçü "Turan Tovuz") və Luis Silvestrdir ("İmişli").

Qeyd edək ki, 33-cü tur bu gün start götürəcək və mayın 24-də başa çatacaq.