Millimizin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" ABŞ Kubokunda 1/4 final mərhələsinin oyununa çıxıb. Sport24.az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi "Nyu York Siti" ilə qarşılaşıb.
Matç Nərimanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Futbolçumuz ilk dəqiqələrdən meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib. Buna qədər isə Nəriman oyunda vurulan qolun ötürməsini verib.
Qeyd edək ki, "Kolumbus Kryu" yarımfinalda "Orlando" ilə üz-üzə gələcək.