Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bordo mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, Fransadakı turnirdə mübarizə aparacaq Azərbaycan millisi D qrupunda qüvvəsini sınayacaq.

 

Yığmamız ilk turda təsnifat mərhələsinin qalibi ilə qarşılaşacaq. Qrupa yeganə vəsiqə üçün Avstriya, İrlandiya yığmaları və "Bordo" mübarizə aparacaq.

 

Millimiz II turda İspaniya ilə üz-üzə gələcək. Qrup mərhələsində ilk iki yeri tutan komandalar sabah keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.

 

Qeyd edək ki, mərhələdə ümumilikdə 14 komanda mübarizə aparacaq.

 

Qadın seriyası
Bordo mərhələsi, 9 iyul
D qrupu
I tur

21:30. Azərbaycan – təsnifat mərhələsinin qalibi
23:15. Azərbaycan – İspaniya